Cümə axşamı , May 2 2024
Ana səhifə / Cəmiyyət / Taksidə siqaret çəkənləri polis cərimələyəcək – FƏRMAN

Taksidə siqaret çəkənləri polis cərimələyəcək – FƏRMAN

Prezident İlham Əliyev “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

ərman taksidə siqaret çəkənlərin hansı dövlət qurumu tərəfindən cərimələnməsini müəyyən edir.

Fərmana əsasən, taksi minik avtomobilində tütün çəkənləri Daxili İşlər Nazirliyinin əməkdaşları cərimələyəcək.

Qeyd edək ki, bu cərimənin məbləği 40 manatdan 50 manatadəkdir.


Həmçinin oxuyun

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Dövlət Ehtiyatlar Agentliyi “Karat Holdinq” şirkəti ilə 719.328 manatlıq satınalma müqaviləsi imzalayıb.  Qaynarinfo xəbər verir …