Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Təhqir olunan yazarı ziyalılar müdafiə etdi -“Nüşabənin Ələsgərlinin başı…”

Təhqir olunan yazarı ziyalılar müdafiə etdi -“Nüşabənin Ələsgərlinin başı…”

Nüşabə Ələsgərlinin tərcüməçi Sevil Gültəni təhqir etməsinə tanınmış ziyalıar səssiz qalmadı.
Bir neçə tanınmış ziyalı Sevil Gültəni təhqir etdiyinə görə Nüşabə Ələsgərlini qınayıb.
Yazar Azad Qaradərəli açıqlamasında deyib ki, Nüşabə Ələsgərlinin unitazı Sevil Gültənin unitazından qiymətli ola bilər, amma başı Sevil Gültənin heç ayağı biləni bilə bilməz:
“Sevil Gültəni yaxşı tanıyıram. Özünə görə səviyyəsi olan, dünya ədəbiyyatından maraqlı tərcümələr edən, öz halal çörəyi ilə dolanan ziyalı bir xanımdır. Qızına da universitedə dərs demişəm. O da tərbiyəli bir gəncdir. Bəzi yazılarını “Yazı”da çap da etmişəm. Sevil xanımın və ümumən bu ailənin başına açılan problemlər əksər ziyalılarımızın üzləşdiyi problemlərdəndir. İnanıram ki, Mətbuat Şurası bu ailənin evlə təmin olunmasına kömək edəcək.
O ki qaldı Nüşabə Ələsgərliyə… vallah. nə deyim? Sabir demişkən, “Tanrı hər yerdə pulu bir ürəyi səxtə verir”… Yaxşı, sənin balaca səsin var və allahın sənə verdiyi sələ pul qazanırsan deyə. o pulla kasıblarıb başına unitazınımı əyəcəksən?! Mən heç eşitmədim ki, xarici ölkələrdəki dünya səviyyəli səviyyəli müğənnilər kasıblara həqarət etsinlər. Əksinə. onlara əl tutublar. Əl tutmaq isə təəssüf ki. nüşabə ələsgərlilərdən qalmayıb…”
Azərbaycan milli mətbuatının banisi, maarifçi ziyalı Həsən Bəy Zərdabinin nəvəsi, uzun illər Mədəniyyət və İncəsənət Universitetində baş müəllim kimi çalışmış Rəbiyyə Zərdabi isə bunları deyib:
“Sevil Gültən “Nadir Şah” əsərini ingilis dilinə tərcümə etmiş xanımdır. Gözəl yazılar yazmış, çətinliklə xeyirli övlad yetirmiş qadındır. Sevil Gültən ziyalıdır, əsl ziyalı”.
Jurnalist Züleyxa Nadir isə bu halı cəmiyyətimizin faciəsi kimi qiymətləndirib:
“Nüşabə Ələsgərli tək deyil. Şou-biznesdə onun kimiləri bu cür hərəkətlərlə tez-tez gündəmə gəlirlər. Elə bilirlər ki, bu dünyanın sahibidirlər. Özlərini elə aparırlar ki, sanki, bu cəmiyyətin qaymaqlarıdırlar. Halbuki bu cür davranışları onları cəmiyyətin alt qatında “məskunlaşdırıb”. Bu, cəmiyyətin bədbəxtliyidir. Ki.. ziyalıların adı nüşabə kimilərinin adının yanında çəkilir, onlardan kömək umulur. Köməklik, xeyriyyəçilik kimi anlayışların başına kəndir salanlar – Nüşabə kimi şou-biznes nümayəndələrini biz özümüz qiymətə mindirmişik. Biz onları yuxarı çəkmişik. Biz onların varlanması üçün şərait yaratmışıq. Sonda da onların özümüz öz əlimizlə doldurduğumuz pul kisəsinə göz dikib kömək umuruq. Bu da bizim faciəmizdi…”(A24.az)

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …