Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəmiyyət / Şuşanın işğaldan azad edilməsi xəbərini Prezidentə məruzə edən Lerikli

Şuşanın işğaldan azad edilməsi xəbərini Prezidentə məruzə edən Lerikli

44 günlük Vətən müharibəsi neçə-neçə qəhrəmanı bizlərə tanıtdı, sevdirdi. Onlardan biri-Şuşanın azad edilməsi barədə Ali Baş komandan məruzə edən xüsusi təyinatlı, mayor  Zaur Şirinbəy oğlu Rəhimovdur.

Zaur müharibənin ilk günlərindən cəbhəyə yollanıb. Murovdağ silsiləsi, Cəbrayıl, Füzuli, Qubadlının  kəndləri, Xocavəndin Hadrut qəsəbəsinin işğaldan azad olunmasında böyük şücaət göstərib. İlk dəfə Murovdağ silsiləsində gedən döyüşlərdə boynundan qəlpə yarası alıb. Xəstəxanaya yerləşdirilən Rəhimov əməliyyat olunub, qəlpəsi çıxarılıb. Lakin yarası sağalmadan təkidlə yenidən cəbhəyə qayıdıb, döyüşü davam etdirib. 

“Zauru xəstəxanada saxlamaq mümkün olmurdu. Şuşa uğrunda döyüşlərə qatılmaq istəyirdi, Şuşanın azad edilməsini görmək arzusundaydı, bu arzusuna çatdı. Yaralarının sağalmasını gözləmədən hospitaldan çıxıb yenidən döyüşə getdi”,-yaxınları sosial şəbəkələrdə onun haqqında yazıblar. 

Zaur ikinci dəfə Şuşa uğrunda döyüşlərdə yaralanıb. Şuşanın alınmasını Prezdentə məruzə edib və yenidən xəstəxanaya qayıdıb. Hazırda müalicəsini davam etdirir. 

Ali Baş Komandan tərəfindən “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub. 

Lerik rayonu, Veri-Əliabad kəndindən olan Rəhimovları hamı tanıyır. Ailənin 10 övladı-7 oğlu, 3 qızı var.  Qardaşlardan üçü birinci Qarabağ savaşında iştirak edib və yaralanıblar. Zaurun  əmisinin oğlu, Valeh Rəhimov isə şəhid olub. Zaurun bacısının iki oğlu da Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb, onlardan biri şəhid olub.

Zaur Rəhimov ailəlidir, övladları var. Virtualaz.org

Həmçinin oxuyun

Hacı Şahin Həsənlinin xatirəsinə həsr olunmuş film çəkilib -VİDEO

Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin həyat və fəaliyyətindən bəhs edən sənədli film çəkilib. Filmin müəllifi …