Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Bu il sosial təminat üzrə 5 milyard manatdan çox ödəmə edilib

Bu il sosial təminat üzrə 5 milyard manatdan çox ödəmə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar-noyabr aylarında ümumilikdə 2 milyon 631 min şəxsə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım verilib.

Nazirlikdən verilən məlumata görə, həmin sosial təminat növləri üzrə əhaliyə bu ilin 11 ayında ötən ilin eyni dövrünə nisbətən 21,5% və ya 931,7 milyon manat çox olmaqla 5 milyard 264 milyon manat vəsait ödənilib.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …