Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Salyanda qasırğa inəyi uçurdu (VİDEO)

Salyanda qasırğa inəyi uçurdu (VİDEO)

Salyanda anidən baş verən qasırğa evin dam örtüyünü və düyəni (inəyin 1-1,5 yaş balası) uçurub.
Oxu.Az-ın məlumatına görə, qasırğa bu gün günorta saatlarında Salyan rayonunun Kürsəngi kəndində baş verib.
Qasırğa üç dəqiqə davam edib. Nəticədə, kənd sakini Həsənov Qahir Rafiq oğluna məxsus evin dam örtüyünü yerindən qopararaq uçurub.
Uçulmuş dam örtüyü 30 metr aralı düşüb.
Digər kənd sakininə məxsus düyəni isə qasırğa 25 metr məsafəyə uçuraraq tullayıb. Təbii fəlakət zamanı xəsarət alan olmayıb.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …