Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Sabiq deputat mərhum Cəlal Əliyevi belə xatırlayır – “Çoxları qaçıb gizlənəndə, o, mərdliklə sözünü deyirdi” (VİDEO)

Sabiq deputat mərhum Cəlal Əliyevi belə xatırlayır – “Çoxları qaçıb gizlənəndə, o, mərdliklə sözünü deyirdi” (VİDEO)

Azinforum.az xəbər verir ki, bu gün görkəmli akademik Cəlal Əliyevin vəfatının bir ili tamam olur. Saytımızın əməkdaşları Cəlal Əliyevlə tələbəlik illərindən tanış olan və sonradan da onunla sıx ünsiyyət saxlayan Milli Məclisin sabiq deputatı Musa Musayevdən mərhum  akademik  haqda xatirələrini bölüşməyi xahiş edib. Sabiq millət vəkili bildirib ki, o, Cəlal Əliyev barədə hər zaman yüksək fikirdə olub:

“Çox təəssüflər olsun ki, biz bu cür görkəmli şəxsiyyəti itirdik. Amma buna baxmayaraq, onun  xatirəsi bizim üçün daima əzizdir. Cəlal Əliyevin Azərbaycan dövləti qarşısında müstəsna xidmətləri olub. Onun barəsində çox  xoş sözlər söyləmək olar. Bir sözlə, Cəlal Əliyev bizim yaddaşımızda  görkəmli elm adamı olmaqla yanaşı, həm də, prinsipial insan, mərd və  sözünə bütöv olan  kişi kimi qalıb. Mən 2003-cü ildə Milli Məclisin tribunasından onun barəsində səsləndirdiyim fikirlərin üzərində bu gün də dayanıram”.

Azinforum.az Musa Musayevin məlum çıxışını təqdim edir.  Paylaşılan videonun 13-cü dəqiqəsindən sonra  Musa Musayevin  akademik Cəlal Əliyev barəsində səsləndirdiyi fikirlərlə tanış ola bilərsiniz.

Aytən CEYHUNQIZI

AZİNFORUM.AZ

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …

Bir cavab yazın