Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Şərif Ağayardan Bəxtiyar Vahabzadənin oğluna: “Ailəlikcə hakimiyyətin yanındasınız”

Şərif Ağayardan Bəxtiyar Vahabzadənin oğluna: “Ailəlikcə hakimiyyətin yanındasınız”

“İsfəndiyar Vahabzadə deyir, hakimiyyət 40 ildir, bizi aldadır. Cəsarətli çıxışını alqışlayıram da, amma adam elə danışır, elə bil, Almas İldırımın oğludur. Müəllim, 40 ildir ailəlikcə elə bu hakimiyyətin yanındasınız də. “Leninlə söhbət” poemasından tutmuş “Şəhidlər” poemasınacan bütün konyunkturaların mükafatını almısınız. Həm də təkcə ailəniz deyil, qohum-əqrəbanız, tanışlarınız, vəzifəyə qoyduğunuz adamlar… Bir sözlə, istədiyiniz, arzuladığınız hər kəs…”

Bunu yazıçı Şərif Ağayar bildirib.

“Əgər aldanmışıqsa, hərgah mən də belə düşünürəm, aldadanın yekəsi elə siz olmusunuz. Camaat mətbuatla aldadıbsa, siz kitabla aldatmısınız. Əlli il sonraya da yalan satmısınız. Hələ gör bu zavallı xalq neçə il doğub-törəməli, qırılıb-tükənməlidir ki, o yalanlara inanmağa adam çatdırsın. Bir az məsuliyyət yaxşı şeydir. Doğrudan sizdə səmimi təbəddülat gedirsə, mənəvi təmizliyə evinizdən başlamalısınız. Misal üçün bizi aldadan hakmiyyətlərdən aldığınız evlərin heç olmasa birindən imtina etməlisiniz” – Ş.Ağayar qeyd edib.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …