Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / “Şəfiqə Məmmədova hələ də mənə olan borcunu qaytarmayıb”

“Şəfiqə Məmmədova hələ də mənə olan borcunu qaytarmayıb”

“Şəfiqə Məmmədova ilə universitetdə eyni illərdə oxumuşuq. Onun mənə yaxşılığı yox, ancaq pisliyi dəyib. Şəfiqə mənə qarşı çox naxələf çıxdı. Dağıstana gedirdi, pulu yox idi. Məndən borca pul aldı. Hələ də pulumu qaytarmayıb”.

Bunu aktrisa Sona Babayeva deyib.

O əlavə edib: “Heç telefonlarıma da cavab vermir, danışmır da. Bir dəfə dedim ki, hanı mənim pulum?! Dedi ki, eee! Pulun miqdarı təxminən 1200 manat olardı”.

Sona babayeva deyir ki, yaranmış probleminə görə ona ağız açanda rədd cavabı alıb:

“Bir dəfə ev məsələsində problemim yaranmışdı. Oğlumla, nəvəmlə küçədə qalmışdım. Bilmirdim ki, dərdimi kimə deyim! Şəfiqə də o vaxt Milli Məclisinin deputatı idi. Xahiş etdim ki, mənə kömək et. Dedi ki, mən heç nə bacarmıram. Bu gün məni görəndə düz gedir, elə bil ki, heç tanımır.

Evi teatrımızın yanındadır, bəzən görürəm, məndən qaçır. Şəfiqəyə demək istəyirəm ki, 5 günlük dünyadır, çalış yaxşılıq et, yaxşılıqdan başqa heç nə etmə! Rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqından bir dəfə də olsun zəng edib, maraqlanmayıb. Halbuki vaxtında ona çox yaxşılıqlar etmişəm”. Moderator.az

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …