Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Rusiyaya gedən azərbaycanlılara bəd xəbər

Rusiyaya gedən azərbaycanlılara bəd xəbər

Rusiya Dövlət Duması saxta nikahlarla mübarizə ilə bağlı qanun qəbul edib.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Duma əcnəbilərin Rusiya vətəndaşları ilə ailə quraraq, müvəqqəti yaşama icazəsi alması üçün bağladıqları saxta nikahların qarşısını almaq baxımından qanuna dəyişiklik edib.
Sənəd 3-cü oxunuşda qəbul edilib.
Qanun layihəsinə görə, indi Rusiya vətəndaşı ilə nikaha daxil olan əcnəbilərə yalnız onun həyat yoldaşının yaşadığı ərazidə yaşamaq üçün müvəqqəti icazə veriləcək.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …