Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Raquf Orucovun oğlu: “Ən böyük arzum səfir olmaqdır”

Raquf Orucovun oğlu: “Ən böyük arzum səfir olmaqdır”

“Aprel döyüşləri düşmənə sübut etdi ki, Azərbaycanın nə qədər qəhrəman oğulları var. Düşmən bilsin ki, işğaldan azad etdiyimiz yerlərdə dalğalanan bayrağımız bir gün işğal altında olan bütün torpaqlarımızda dalğalanacaq”.

Bunu AzVision.az-a aprel döyüşlərində şəhid olan “Murov Qartalı” ləqəbli əfsanəvi kəşfiyyatçı Raquf Orucovun oğlu Aqşin Orucov deyib.

Hazırda ADA Universitetinin Beynəlxalq münasibətlər fakültəsində təhsil alan Aqşin Orucovun ən böyük arzusu səfir olmaqdır.

“ADA universitetindəki təhsildən razıyam. Atamda burada təhsil almağımı istəyirdi. Atamın arzusunu yerinə yetirdiyim üçün xoşbəxtəm. Çalışıram ki, atamın adına layiq təhsil alım. Nəticələrim hamısı yüksəkdir. Ən çox arzum səfir olmaqdıdır. Bu sahə üzrə təhsil alıram. Gələcəkdə Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil etmək istəyirəm” – Aqşin Orucov əməkdaşımızla söhbətində deyib.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …