Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Qubada əməliyyat keçirildi, saxlanılanlar var

Qubada əməliyyat keçirildi, saxlanılanlar var

Quba Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər.

 Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı rayon sakinləri Şahin Şahkərəmov, Zaur Ömərov və Elşən Məcidov saxlanılıblar.

Həmin şəxslərin üzərinə baxış keçirilən zamanı “patı”, “şüşə” adlanan narkotik tərkibli metamfetamin, heroin, metadon tərkibli həb və marixuana aşkar olunub.

Faktlarla bağlı istintaq aparılır.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …