Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / “QARDAŞLIQ DASTANI” AZƏRBAYCANDA

“QARDAŞLIQ DASTANI” AZƏRBAYCANDA

“Qardaşlıq Dastanı” Teatral Rəqs Göstərisi layihəsi Serhat Turakın bədii rəhbərliyi, Alagöz Kültür Sanatın istehsalı və Umya Az mmc-nin (Umya Medya-Türkiyə) rəsmi təşkilatçılığı ilə dünya turuna çıxmağa başlayır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Yunus Emre İnstitutunun Bakıdakı filialının dəstək verdiyi bu layihə ilk çıxışını dekabrın 20-21-22 si Bakıda-Heydər Əliyev Sarayında, dekabrın 17-18 i isə Gəncə Dövlət Filarmoniyasında baş tutacaq.

Bu layihə, 6 illik araşdırma və 18 aylıq səhnə məşqlərindən sonra, 100-dən çox türkiyəli və azərbaycanlı rəqqas və teatr aktyorunun zəhməti ilə səhnələşdirilən möhtəşəm tarixi povesti ilə mədəni, epik və sənət əsəridir. Əsərdə eramızdan 2000 il öncə gedən qədim Türk, Azərbaycan tarixi və mifologiyası, Nuh tufanından Qarabağ savaşına qədər Anadolu və Qafqaz xalqlarının amansız mübarizəsi, həmrəyliyi, həyat sevgisi, sevinc və kədəri, bir sözlə  Azərbaycan və Türkiyə xalqlarının sarsılmaz qardaşlığı simvolik olaraq səhnəyə gətirilmişdir.  

“Qardaşlıq Dastanı” layihəsi 2 pərdə və 12 səhnədən ibarətdir. İlk dəfə 2021-ci ildə Türkiyədə səhnəyə qoyulmuş və İstanbul, Ankara, İzmir, Konya və bir çox digər böyük şəhərlərdə çıxışını davam etdirdi. Umya Medya və Umya Az-ın rəsmi təşkilatçılığı ilə 2022-ci ildə dünya turuna çıxacaq ansamblın ilk dayanacağı Azərbaycan səhnəsi olacaqdır. Azərbaycandan sonra Almaniya, Şimali Avropa, Meksika, Özbəkistan, Qazaxıstan, Dubay, Misir, Qətər və Çində turlarını 2023-cü ilin sonuna qədər davam etdirəcək. “Qardaşlıq Dastanı” layihəsi ilə dünyanın 100-dən çox ölkəsində Azərbaycan və Türkiyənin qardaşlığını, iki ölkənin zəngin mədəni irsini və tarixini sənət yolu ilə dünya xalqlarına tanıdaraq, Azərbaycana və Türkiyəyə gələcək digər ölkə vətəndaşlarının sayını artırmaqla bu iki ölkənin turizm iqtisadiyyatına töhfə vermək məqsədi daşıyır.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …