Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Qarabağ qazisindən Afrindəki Mehmetciyə dəstək (FOTOLAR)

Qarabağ qazisindən Afrindəki Mehmetciyə dəstək (FOTOLAR)

Bir müddət öncə sosial şəbəkələrdə türk əsgərinə dəstək videosu ilə gündəmə gələn Qarabağ qazisi Kamil MusəviTürkiyənin Gelibolu yarımadasında şəhid məzarlarını ziyarət edib.
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2016-cı ilin aprelində Qarabağda gedən döyüşlər zamanı gözünü və ayağını itirən qazimiz şəhid məzarlarının başında dua edərək Afrindəki mehmetciklərə dəstək olduğunu göstərib.
Daha sonra jurnalistlərə açıqlama verən qəhrəman zabitimiz Afrin əməliyyatı zamanı türk ordusunun və xalqının nə qədər güclü olduğunun bir daha şahidi olduğunu bildirib:
“Mən türk əsgərlərinin vətənini nə qədər çox sevdiyinin şahidi oldum. Türk xalqı yenilməzdir, onu heç kim işğal edə bilməz. Buraları, şəhidləri ziyarət etdiyim zaman bunu anladım. Türk əsgərləri Afrində terrorçulara qarşı vuruşur. Qardaşlarımız orada terrorçuların kökünü kəsmək üçün savaşır”.
Çanaqqala şəhidlərini ziyarət etməyi özünə borc bildiyini deyən qazimiz qürur hissi keçirdiyini söyləyib:
“Türk əsgəri bu məmləkətə zərər verən, torpaqlarına soxulmaq istəyən, insanlarını məhv etməyə çalışan terrorçuları sağlam buraxmasın. Hamısını məhv etsinlər. Ölümdən qorxmasınlar. Onsuz da qorxmurlar. Bu şəhid məzarlarının hamısı bunun bariz nümunəsidir. Bu məzarlar türk əsgərinin mərdliyi, müharibəyə ölümünə getdiyinin sübutudur. Mən qardaşlarımın oradan qələbə ilə dönməsini arzulayıram. Məni Afrinə bu gün çağırsalar, müharibəyə gedərəm”.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …