Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / 650 minlik avtomobillərin sahibi bilindi – FOTOLAR

650 minlik avtomobillərin sahibi bilindi – FOTOLAR

Dünən iqtisdaçı alim Qubad İbadoğlu sosial şəbəkədə “Brabus” şirkəti tərəfindən xüsusi qaydada yığılmış super avtomobil modeli Mercedes–Benz S Class-ın şəklini paylaşaraq, onun kimə məxsus olması ilə bağlı izləyicilərə sual ünvanlayıb.
“Bu avtomobil xüsusi qaydada yığılıb, 8 silindiri var, mühərrikinin həcmi 5912 kv. sm-dir, 850 at gücünə malikdir, maksimum sürəti saatda 350 km-dir. .. Avtomobilin zavod qiyməti 381 min dollar və ya hazırkı məzənnə ilə 650 min manatdır” – deyə iqtisadçı yazır.
Qaynarinfo-ya daxil olan məlumata görə, bu bahalı avtomobil tikinti maqnatı, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun oğluna məxsusdur.
Bu cür bahalı avtomobillərin kolleksiyasına sahib olan Vahid Axundov öz hobbisi ilə dəfələrlə mətbuatın gündəminə gəlib.
Atası mətbuata açıqlamasında oğlunun bahalı avtomobilləri ilə bağlı belə reaksiya vermişdi: “Mənim vertolyotum da var. Bunun kimə nə aidiyyatı var? Həmin maşın oğlumundur. Mənim oğlum neyləyib? Şəhərdə vertolyot sürməyib ki? Maşın sürüb də. Başqa nə iş görüb?”
Həmin avtomobillərdən bəzilərin şəkillərini təqdim edirik.
Onu da əlavə edək ki, “Brabus” şirkəti tərəfindən xüsusi qaydada yığılmış super avtomobillərin sayı Azərbaycanda onlarladır. Hətta instagramda bununla bağlı xüsusi səhifə də mövcuddur. O avtomobillərin də şəkillərindən bəzilərini təqdim edirik.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …