Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / QAQB-yə yönəlik ittihamlar əsassızdır

QAQB-yə yönəlik ittihamlar əsassızdır

Məlum edirik ki,16 ildən çoxdur ki,QAQB sədri Rizvan Talıbovun danılmaz səmərəli fəaliyyəti və peşəkar təşkilatçılığı altında Qərbi Azərbaycana (Ermənistana)Qayıdış Birliyi 100 ilə yaxındır erməni işğalı altına düşmüş tarixi yurdlarımız uğurunda,tarixi yurdlarından zaman-zaman qovulmuş soydaşlarımızın pozulmuş haqq və hüquqlarının bərpası, tarixi yurdlarına qayıdışlarının təmin olunması üçün yorulmadan aktiv mübarizə aparır.Lakin təəssüflə qeyd etməliyik ki, QAQB-nin erməni işğalçılarına qarşı yönəlmiş, dövlətçiliyə,milli maraqlara xidmət edən bu səmərəli fəaliyyətləri həmişə ölkə içi və ölkə dışı bəzi qara,məkrli məqsədlərə xidmət edən qüvvələri həddindən artıq narahat etmişdir.

Məlum pandemiya, karantin dövründə QAQB-nin daha səmərəli fəaliyyətini təmin etmək məqsədi ilə 08 sentyabr 2020-ci il tarixli QAQB sədrinin QAQB nizamnaməsinin 4-cü bəndinin 4.4-cü hissəsini rəhbər tutaraq imzaladığı sərəncamla,QAQB İdarə Heyyəti,QAQB Ali Məclisi,QAQB MNTK,,QAQB Qadınlar Şurası,QAQB Ağsaqqallar Şurası üzvlərindən, QAQB regional təşkilatları və Beynəlxalq nümayəndəlikləri rəhbərlərindən ibarət olmaqla, QAQB-yə yeni qoşulmuş aktiv Ziyalılarında daxil edilərək say tərkibi 188 (yüz səksən səkkiz)nəfərə çatan tam legitim QAQB Ali Məşvərət Şurası təsis olunaraq,eyni adlı vatcap qrupu yaradıldı. Yarandığı gündən QAQB Ali Məşvərət Şurası üzvləri onlayn şəraitdə,sosial şəbəkələr üzərindən aktiv fəaliyyət göstərərək,QAQB-nin daha çox insanlar tərəfindən tanınmasında, fəaliyyətinin, qərarlarının daha geniş auditoriyaya çatdırılmasında müstəsna xidmətlər göstərdilər! O,cümlədən QAQB-nin işğaldan azad olunmuş Dağlıq Qarabağ ərazilərində,bir qrup ermənistan qaçqınlarının kompakt məskunlaşdırılmaları təşəbbüsünə danılmaz ,səmərəli dəstək verərək,4000(dörd min)ailə başçısının,ümumi sayları 20000-ə yaxın olan, soydaşlarımızın siyahıya alınmaları və siyahıların hazırlanıb,aidiyyatı üzrə təhvil verilməsi kampaniyamızda aktiv iştirak etdilər.QAQB sədrinin QAQB nizamnaməsinə uyğun sərəncanı ilə yaradılmış QAQB Ali Məşvərət Şurası qanuni əsaslarla fəaliyyət göstərən QAQB-nin legitim orqanıdır.QAQB Ali Məşvərət Şurasının qanuni qərarlarını, səmərəli fəaliyyətini və legitimliyini heç kim şübhə altına ala bilməz!!O,cümlədən QAQB sədrinin vatcap üzərindən QAQB Ali Məşvərət Şurası üzvlərinə adbaad göndərdiyi,30 iyun 2018-ci ildə BMM-nin Akt zalında keçirilmiş QAQB-nin 2-ci qurultayının qərarlarının icrasına yönəlmiş, QAQB-nin tam legitim orqanı olan QAQB Ali Məşvərət Şurasının 188 nəfər üzvündən 171 nəfər üzvünün lehinə səs verdiyi,10 nəfər üzvünün bitərəf qaldığı,7(yeddi) nəfərinin isə heç bir münasibət bildirmədiyi,Goyçə-Zəngəzur Respublikasının yaradılması haqqındakı 10 mart 2021-il tarixli,tarixi yurdlarımıza qayıdışımızın təmin olunması üçün müstəsna tarixi əhəmiyyətə malik olan BƏYANNAMƏSİNİN icrasını heç bir qüvvə dayandıra,mane ola,legitimliyini şübhə altına ala bilməz!!!Bu tarixi BƏYANNAMƏ 171(yüz yetmiş bir)nəfər QAQB Ali Məşvərət Şurası üzvlərinin azad,demokratik adbaad səsvermə yolu ilə qəbul etdiyi qanuni qüvvəyə minmiş,tam legitim hüquqi sənəddir!!! Yuxarıda qeyd etdiklərimizi məlum edərək,bildiririk ki,QAQB-nin fəaliyyətində danılmaz,səmərəli fəaliyyətləri olmuş,QAQB Ali Məclisinin sabiq sədri Əli Vəliyev və QAQB İdarə Heyyətinin üzvü,QAQB sədrinin 31 yanvar 2021-ci il tarixli sərəncamı iləTəşkilati məsələlər üzrə sədrin müavini vəzifəsinə təyin olunmuş Namiq Aslanov tarixi BƏYANNAMƏNİN qəbul olunmasına etiraz olaraq QAQB İdarə Heyyəti vatcap qrupunu tərk etmişlər.Bu səbəbdən məsələ audınlaşana kimi,müvəqqəti olaraq digər vatcap qruplarından da QAQB sədri tərəfindən çıxardılmışlar.Bu iki şəxsdən və könüllü olaraq Birliyin qruplarını tərk etmiş 5(beş) nəfərdən başqa,QAQB strukturlarında təmsil olunan bütün şəxslər Birlik daxilində Rizvan Talıbovun rəhbərliyi altında öz səmərəli fəaliyyətlərini uğurla davam etdirirlər!!!Qeyd etmək yerinə düşər ki,hər iki şəxs QAQB-də məsul vəzifələr tutmaqla yanaşı,09 may 2020-ci il tarixində qəflətən cəmiyyətdə tanınmayan,xüsusən Qərbi Azərbaycanlı toplumuna adları məlum olmayan kiçik bir qrup(tərkibi dörd-beş nəfərdən ibarət olan) tərəfindən elan olunmuş,bir il keçməsinə baxmayaraq hələ də öz legitimliyini təsdiq edə bilməmiş,qeyri-legitim,qondarma qurum olan,kimə və hansı məram-məqsədə xidmət etdikləri bilinməyən,həmin üç-beş nəfərin monopoliyasında olan İrəvan Türk Cümhuriyyətinin(İTC) qondarma,legitim olmayan strukturlarında da təmsil olunurlar!!!Təəsüflə qeyd edirik ki,QAQB Ali Məclisinin sabiq sədri Əli Vəliyev,bizə məlum olmayan səbəblərdən,özfəaliyyətlə məşğul olaraq,heç bir hüquqi əsası olmayan “bəyanat”hazırlamış və feysburq və vatcapın azsaylı üzvləri olan bəzi qruplarında yayımlamışdır.Təəssüflə qeyd etməliyik ki,Azərbaycan mediasının öncüllərindən olan Musavat media-qrupunun musavat tv-sində Emil bəyin moderatorluğu ilə baş tutan canlı verilişində,Əli Vəliyevə heç bir əndazəyə sığmayan, qurama,saxta,qərəzli,yalan notlar üzərində qurulmuş”bəyanatının” bəzi bəndlərinin səsləndirilməsinə şərait yaradılmışdır. Bununla da həm QAQB üzvləri və tərəfdarları arasında, həm də cəmiyyətimizdə çaşqınlıq yaradılmağa çalışılmışdır!Bildiririk ki,musavat tv -nin aparıcısı Emil bəyin QAQB sədri,Göyçə-Zəngəzur Respublikasının yeni seçilmiş,tam legitim prezidenti Rizvan Talıbov cənablarına, əsassız ittihamlara cavab vermək haqqı tanıdığına görə Musavat media qurumunun rəhbərliyinə təşəkkür etməklə yanaşı,növbəti canlı yayımların birində verilişdə səsləndirilmiş(həmin zaman Rizvan Talıbov yolda olduğu üçün) verilişdə səsləndirilmiş bir çox məsələlərdən sonradan xəbər tutduğuna və canlı yayımda anında cavablandırmaq imkanına sahib olmadığı həmin məsələlərə,musavat tv-nin növbəti bir cənlı yayımında aydınlıq gətirmək,əhatəli cavab vermək hüququnu özündə saxlayır!!!! Göyçə-Zəngəzur Respublikası və Qərbi Azərbaycana(Ermənistana)Qayıdış Birliyi Mətbuat xidməti olaraq bildiririk ki,Əli Vəliyevin emosional səbəblərdən yazıb yayımladığı məlum bəyanatın heç bir hüquqi qüvvəsi yoxdur,bəyanatda səsləndirilmiş fikirlər yalandır və QAQB üzvlərini və tərəfdarlarını, cəmiyyəti çaşdırmaq məqsədi daşıyır!!Məlum edirik ki,bütün ciddi təşkilatlarda olduğu kimi,QAQB-də də Birliyin adından danışmaq,müraciətlər,bəyanatlar,sərəncamlar vermək,QAQB nizamnaməsində öz əksini tapmış, QAQB sədrinin müstəsna hüququdur!QAQB strukturunda təmsil olunan şəxslərin o,cümlədən QAQB Ali Məclisinin sabiq sədri Əli Vəliyevin Birlik adından bəyanat vermək hüququ yoxdur!!!Əli Vəliyevin musavat tv-nin canlı yayımında səsləndirdiyi və özfaliyyətinin nəticəsi olan,hüquqi qüvvəsi olmayan,saxta “bəyanatında”yer almış fikirlər cəfəngiyatdır, həqiqəti əks etdirmir!!!Rizvan Talıbov yeni yaradılmış Göyçə-Zəngəzur Respublikasının legitim prezidenti olmaqla,QAQB-nin sədri vəzifəsinidə uğurla icra etməkdə davam edir və növbəti qurultaya qədər QAQB sədri vəzifəsini icra etməkdə davam edəcək! Məlum edirik ki,Əli Vəliyev və onunla həmrəy olan Namiq Aslanov vəzifə səlahiyyətlərini aşdıqlarına,QAQB-nin hörmət və nüfuzuna xələl gətirdiklərinə, nizamnamənin tələblərini pozduqlarına,cəmiyyəti çaşdıran həqiqəti əks etdirməyən məlumatları sosial şəbəkələrdə yaydıqlarına görə QAQB sədrinin QAQB nizamnaməsinin 5.6-cı bəndinin 6-cı abzasını,5.8-ci bəndinin 5-ci abzasını rəhbər tutaraq imzaladığı 12 mart 2021-ci il tarixli sərəncamları ilə QAQB-də tutduqları vəzifələrdən azad edilmişlər!!Həmçinin,məlum səbəblərdən hər iki şəxsin, QAQB nizamnaməsinin 3.8-ci bəndinin 3-cü və 4-cü abzaslarına əsasən,QAQB üzvlüklərinə xitam verilmişdir!! Bildiririk ki,bu məlumat dərc olunub, ictimailəşdirildiyi tarixdən hər iki şəxsin QAQB adından çıxış etmək,fikir bildirmək hüquqları yoxdur!!!Onlara belə bir hüquq tanıyan tv,yaxud mətbuat orqanlarına qarşı hüquqi addımlar atılacaq!!!Unutmayaq ki,bizlər hüquqi dövlətin vətəndaşlarıyıq!!!Qanunlar və hüquqla idarə olunan cəmiyyətdə yaşayırıq!!!Hüquq və qanunlara hörmət etmək hər bir vətəndaşın vətəndaşlıq borcu olduğu kimi,hər bir qurumunda ümdə vəzifəsidir!!!

Hörmətlə Göyçə – Zəngəzur Respublikasının QAQB – nin sədri:​​​​​​​ Rizvan Talıbov.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …