Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Prezidentin rektor təyin etdiyi Ceyhun Məmmədov kimdir?

Prezidentin rektor təyin etdiyi Ceyhun Məmmədov kimdir?

Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev yeni yaradılan Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edib. Ölkə başçısının sərəncamı ilə rektor vəzifəsi Ceyhun Valeh oğlu Məmmədova həvalə olunub.

Ceyhun Məmmədov 28 yanvar 1975-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olub. Xəzər Universitetində təhsil alıb. İlahiyyat üzrə fəlsəfə doktorudur.

Ceyhun Məmmədovun 14-dən çox kitabı çap olunub. O, həmçinin ərəb dili üzrə tərcüməçilik fəaliyyətilə məşğuldur.

Yeni təyinatadək AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda böyük elmi işçi işləyib.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …