Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Pensiyasını orduya bağışlayan Hikmət baba Şuşaya gedib

Pensiyasını orduya bağışlayan Hikmət baba Şuşaya gedib

Vətən müharibəsi dövründə pensiyasını orduya bağışlayan Hikmət Musayevin Şuşaya səfəri təşkil olunub.

O, 70 yaşını Azərbaycanın qədim mədəniyyət paytaxtında qeyd edib.

Xatırladaq ki, sosial şəbəkələrdə Hikmət baba kimi məşhurlaşan Hikmət Musayev Şəkinin Baş Küngüt kəndində yaşayır. O, Vətən müharibəsi dövründə bir aylıq pensiyasını Silahlı Qüvvələrə Yardım Fonduna ianə etmişdi. H.Musayevin bu davranışı cəmiyyətdə rəğbətlə qarşılanmışdı.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …