Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / “Parklarda qaldım, 8 il həbsdə yatdım” – Nizami Rəmzinin oğlu acınacaqlı durumda

“Parklarda qaldım, 8 il həbsdə yatdım” – Nizami Rəmzinin oğlu acınacaqlı durumda

Meyxana ustadı Nizami Rəmzinin oğlu 25 il sonra ortaya çıxıb.“Atamdan sonra anam da, bacım da rəhmətə getdi. Çöllərdə qaldım, amma yem olmadım”.
Bu sözləri videobloger Nail Kəmərliyə olan müsahibəsində Nizami Rəmzinin oğlu Rza Baxşiyev deyib.
O, dəhşətli həyat hekayəsini bölüşüb:

“Atam avtoqəza nəticəsində vəfat edib. Ondan sonra anamla bacımı da itirdim. Həyat daha da çətinləşdi. Çöllərdə qaldım. Heç kim yiyəlik etmədi. Qohumlar yanına çəkmədi.

Qış gecələrinin birində parkda yatarkən polis uniformasında olan bir kişi yanıma gəldi. Məni “Ümid yeri” uşaq sığınacağına apardı. 18 yaşıma qədər orada qaldım. Qaldığım müddətdə ailə qurdum. Sonra könüllü olaraq hərbi xidmətə yollandım. Qayıdandan sonra da həmin sığınacaqda qalırdım. Orada yaxşı baxırdılar.
Bir müddət taksi sürücülüyü etdim. Sonra yenə həyat çöndü. Həbsxanaya düşdüm. 8 ildən çox yatdıqdan sonra 2020-ci ildə azadlığa çıxdım. İndi “moyka”larda işləyirəm. Elə vaxt olub ki, orada qalmışam.
Tanınmış müğənnilərin bəziləri kömək edib. Abbas Bağırov, Könül Kərimova, Mətanət İsgəndərli və Baloğlan Əşrəfov çox yardım ediblər. Digərlərindən də heç nə istəməmişəm, istəmirəm”.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …