Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / “Panikaya əsas yoxdur” – Kəmaləddin Heydərov

“Panikaya əsas yoxdur” – Kəmaləddin Heydərov

“Bu gün Mingəçevir İES-in altıncı blokunda qəza baş verib. Ərazidə baş vermiş qəza yanğınla nəticələnib. Dərhal hadisə yerinə yanğınsöndürmə texnikası və canlı qüvvə cəlb edilib, yanğın 20 dəqiqə ərzində söndürülüb”.

Bunu APA-ya açıqlamasında fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.

K. Heydərov bildirib ki, artıq qəza baş vermiş blokda bərpa işləri aparılır.

“Artıq ölkənin şimal və bəzi qərb rayonlarına elektrik enerjisinin verilməsi bərpa olunub. Digər ərazilərə də elektrik enerjisinin verilməsi üçün iş aparılır”-deyə, nazir qeyd edib.

K. Heydərov bildirib ki, ölkə ərazisində elektrik enerjisinin verilişi mərhələli şəkildə bərpa ediləcək: “Heç bir panikaya, narahatlığa əsas yoxdur”.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …