Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Orxanın nəşi Azərbaycana nə zaman gətiriləcək?

Orxanın nəşi Azərbaycana nə zaman gətiriləcək?

“Oğlumun nəşi hələ gətirilməyib. Maraqlanmışıq, bildiriblər ki, təyyarənin yola düşməsi üçün gözləyirlər”.

Bunu Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun atası Rizvan Əsgərov deyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə isə bildirib ki, Orxanın nəşinin Azərbaycana bu gün günorta saatlarında gətirilməsi gözlənilir.

“Böyük ehtimalla, bu gün günorta saatlarında artıq təhvil veriləcək. Müəyyən prosedurlar var ki, onlara uyğun hərəkət edilir”,- XİN sözçüsü deyib.

Xatırladaq ki, yanvarın 27-si səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib. Hücum dəf edilərkən diplomatik missiyanın mühafizəsinə cavabdeh olan Azərbaycan təhlükəsizlik qüvvələrinin əməkdaşı Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha iki nəfər yaralanıb. Hücum edən şəxs saxlanılıb.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …