Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / “Ölkədə dinlə bağlı gərginlik yoxdur” – Hacı Qamət

“Ölkədə dinlə bağlı gərginlik yoxdur” – Hacı Qamət

“Cümə” məscidinin adıyla bağlı mənə ünvanlanan suallara verdiyim açıqlamanı yazan mətbu orqan cavabımın sonradan dediklərimlə üst-üstə düşmədiyini, fərqli olduğunu yazır. Dediklərim arasında heç bir fərqlilik yoxdur”.

Bu sözləri “Yeni Sabah”a “Cümə” (Əbu Bəkr) məscidinin imamı Hacı Qamət Süleymanov fikirlərində ziddiyyətlərin olmasıyla bağlı səslənən iddialara münasibət bildirərkən deyib:

“Cavablarım arasında heç bir fərq yoxdur. Mənə məscidin adının dəyişdirilməsi ilə bağlı sual verdilər. Mən də məscdinin adının elə əvvəldən “Cümə” olduğunu dedim. Sadəcə, vətəndaşlar arasında “Əbu Bəkr” məscidi kimi tanınırdı. Bunu mən hələ o vaxtlar bu barədə suallar veriləndə demişəm. “Cümə” adında məscid şəhərdə çox olduğundan insanlar arasında tannmaq üçün “Əbu Bəkr” məscidi deyilib. Hansısa fərqlər olubsa, dedikləri bu fərqin nədən ibarət olduğunu desinlər.

Bundan sonra məndən Azərbaycanda dini vəziyyətlə bağlı sual soruşuldu. Bəli, o vaxt ölkədə dinlə bağlı gərginlik var idi. İndi sakitlikdir. O vaxtla müqayisədə, indi daha stabildir. Səbəblərinə də toxundum. Burda heç bir fərqli açıqlama yoxdur”.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …