Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / “NİGAR” KLİNKASINA  HÜCUM OLDU, ŞÜŞƏLƏRİ SINDIRILDI – FOTO

“NİGAR” KLİNKASINA  HÜCUM OLDU, ŞÜŞƏLƏRİ SINDIRILDI – FOTO

Azinforum.az-ın əldə etdiyi məlumata görə,  dekabrın 5-i axşam saatlarında Bakının Çobanzadə küçəsində yerləşən “Nigar” klinikasına hücum olub. Aldığmız məlumata görə bir nəfər xanım əlində olan dəmir parçası ilə klinkanın giriş qapısının şüşəsini sındıraraq binaya girib.

Yuxarı mərtəbələrə qalmağa cəhd edən qadını polslərin müdaxiləsindən sonra  saxlanılaraq Nizami rayon Polis İdarəsinə aparılıb, izahatı alındıqdan sonra, sərbəst buraxılıb. Həmin hərəkəti  edən xanımın hadisə yerinə bahalı avtomobillə gəldiyi bildirilir.  Faktla bağlı zəruri istintaq hərəkətlərinin aparıldığı səbəbindən,  hələlik klinikanın şüşələrini sındıran xanımın adını tam açıqlamırıq. Yəqin ki, yaxın saatlarda  hadisə ilə bağlı rəsmi məlumat veriləcək.

Azinforum.az bildirir ki, “Nigar” klinikası ilə bağlı hazırda təsisçilər arasında yaranan mübahisə məhkəmədə araşdırıldığı səbəbindən tibb müəssisəsi fəaliyyətini dayandırıb və binaya heç kim buraxılmır.  Mülkün kimə aid olduğuna dair  məhkəmə qərarı verilənə qədər  klinikanın mühafizəsi polis əməkdaşlarına tapşırılıb.

Çinarə SEYİDOVA

AZİNFORUM.AZ

 

n1

n2

n3

n4

n5

 

 

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın