Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Nazirin səlahiyyəti İltimas Məmmədova həvalə edildi

Nazirin səlahiyyəti İltimas Məmmədova həvalə edildi

“Rabitə və yüksək texnologiyalar nazirinin vəzifəsini İltimas Məmmədov icra edir”.

“Azinforum.az  ” xəbər verir ki, bu barədə Modern.az-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, Əli Abbasov rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edildikdən sonra bu səlahiyyət sabiq nazirin birinci müavini İltimas Məmmədova həvalə edilib və o hazırda nazirin vəzifəsini icra edir.

Qeyd edək ki, dünən prezident İlham Əliyevin sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov vəzifəsindən azad edilib. Sabiq nazirin MTN hadisələri ilə bağlı işdən çıxarıldığı bildirilir. Eyni zamanda nazirliyin daha 10 əməkdaşının həbs edildiyi qeyd olunur.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın