Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Nazirin deputat qardaşı özünə hələ seçki dairəsi tapmayıb

Nazirin deputat qardaşı özünə hələ seçki dairəsi tapmayıb

Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədov noyabrın 1-də keçiriləcək parlament seçkisində iştirak edib-etməməsi ilə bağlı qərar verməyib.

Bu barədə məlumatı aznews.az-a deputatın özü deyib.

Deputat bildirib ki, hansı dairədən namizəd ola biləcəyini də düşünməyib: “Seçkiyə gedib-getməməyimlə bağlı qərar vermədiyim üçün hansı dairədən namizədliyimi irəli sürəcəyimi də müəyyənləşdirməmişəm. Ona görə də əvvəlcədən bununla bağlı heç bir rəy verə bilmərəm”.

Qeyd edək ki, Elton Məmmədov 2010-cü ildə keçirilən seçkidə 91 saylı Ucar seçki dairəsindən bitərəf olaraq namizədliyini verib qalib olmuşdu.

Yeni Azərbaycan Partiyası builki siyahıda 91 saylı Ucar seçki dairəsindən Vüsal Hüseynovun namizədliyini irəli sürüb.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …

Bir cavab yazın