Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / “Naxçıvan Məhsulları” publik hüquqi şəxsi yaradılıb

“Naxçıvan Məhsulları” publik hüquqi şəxsi yaradılıb

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov “Naxçıvan Məhsulları” publik hüquqi şəxsin yaradılması və muxtar respublikada ərzaq məhsullarının istehsalı, tədarükü və təchizatı işinin tənzimlənməsi haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində olan “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında “Naxçıvan Məhsulları” publik hüquqi şəxs yaradılıb.

Muxtar Respublikanın Nazirlər Kabinetinə publik hüquqi şəxsin nizamnaməsini, işçilərinin say həddini və strukturunu təsdiqləmək, sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. 

Azinforum.az

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …