Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Nail anasının 5-ci mərtəbədən atmaq istədiyi 2 yaşlı qızı xilas etdi-VİDEO

Nail anasının 5-ci mərtəbədən atmaq istədiyi 2 yaşlı qızı xilas etdi-VİDEO

Sankt-Peterburqda müsəlman bir polis körpəni ağlını itirmiş  ananın əlində xilas edib. 
Moderator.az Rusiya mediasına istinadla xəbər verir ki, rayonlardan birində sahə müvəkkili kimi çalışan polis zabiti Nail İslamov anasının pəncərədən atmağa çalışdığı iki yaşlı qızla baş verə biləcək faciənin qarşısını alıb.

14 dekabr, şənbə günü yerli vaxtla səhər  saat 7-də, Karavayevskaya küçəsindəki 41 nömrəli binanın sakinləri polisə zəng edərək qonşu bir qadının qışqıraraq beşinci mərtəbədən  bütün əşyaları: paltar, kitab, qab-qacaq, salfetləri və s. həyətə atdığını bildiriblər. Eyni zamanda  qadın qucağında balaca bir qızı tutaraq onun “mələk olması” üçün pəncərədən atmaq niyyətində olduğunu deyirmiş.
Olay yerinə gələn İslamov uşağın yerə düşməsinin qarşısını almaq üçün dərhal  göstərilən mənzilin pəncərələrinin altına qaçıb. Xilasedicilər evin qarşısına azyaşlı qızın üzərinə zədəsiz düşə bilməsi ehtimalı üçün batut çəkdikən sonra  polis məmuru Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə yuxarı qalxaraq mənzilin qapısını açıb və körpəni anormal ananın əlindən alıb.  Həmin vaxt mənzildə  daha bir uşaq olub. 
Beləliklə, hər iki uşaq xilas edilərək xəstəxanaya aparılıb. Hazırda heç bir şey onların sağlamlığına təhlükə yaratmır. Qadın isə onun ruhi-psixoloji vəziyyətini araşdırmalı olan həkimlərə təhvil verilib.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …