Şənbə , Dekabr 5 2020
Ana səhifə / Sosial / Bakıda yanıb kül olan bazardan – Fotolar

Bakıda yanıb kül olan bazardan – Fotolar

Xəbər verdiyimiz kimi, ötən gecə Bakının Nəsimi rayonunda 3-cü mikrorayon bazarında güclü yanğın baş verib.

FHN-nin məlumatına görə, ümumilikdə 6100 kv.m-dən artıq sahəsi olan bazarda 280 kv.m sahədə kafe və satış piştaxtaları, 2 ədəd “QAZEL” markalı yük avtomobili və bazara bitişik 50 kv.m sahəsi olan avtomobil təmiri sexi yanıb. Bazarın qalan hissəsi yəni, 5800 kv.m-dən artıq ərazisi və yaxınlıqdakı obyektlər yanğından mühafizə olunub, yanğın nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Qeyd edək ki, hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətindən 17 ədəd texnika və 75 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 8 ədəd texnika və 66 nəfər canlı qüvvə cəlb edilib, Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və nazirliyin aidiyyəti qurum rəhbərliyi hadisə yerində olub.

Oxu.az-ın yanğından sonra ərazıdən çəkdiyi fotoları təqdim edirik:

Bakıda yanıb kül olan bazardan - Fotolar
Bakıda yanıb kül olan bazardan - Fotolar
Bakıda yanıb kül olan bazardan - Fotolar
Bakıda yanıb kül olan bazardan - Fotolar

Həmçinin oxuyun

Bakıda ad günü keçirən qızlar və restoran sahibi cərimələndi

Bir qrup şəxsin xüsusi karantin qaydalarını pozaraq ad günü məclisi keçirmələri ilə bağlı sosial şəbəkələrdə …