Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / MTRŞ-da özəl televiziyalara ayrılan vəsaitin bölgüsü ilə bağlı iclas keçiriləcək

MTRŞ-da özəl televiziyalara ayrılan vəsaitin bölgüsü ilə bağlı iclas keçiriləcək

Prezidentin ehtiyat fondundan Milli Televiziya və Radio Şurasına (MTRŞ) ayrılan 3 milyon manat hesaba köçürüldükdən sonra Şuranın iclası keçiriləcək.

Bunu “Report”a açıqlamasında MTRŞ-nın Aparat rəhbəri Asəf Hacıyev deyib.

O bildirib ki, iclasda həmin vəsaitin Azərbaycanda fəaliyyət göstərən özəl televiziya kanalları arasında hansı prinsip əsasında və məbləğdə bölünməsi məsələsi müzakirə olunacaq. Müzakirələrin yekununda vəsaitin ayrılması barədə qərar qəbul olunacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 17-də özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Milli Televiziya və Radio Şurasına 3 milyon manat ayrılıb.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …