Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Mövsüm Səmədov 12 ildən sonra azadlığa buraxıldı – FOTO

Mövsüm Səmədov 12 ildən sonra azadlığa buraxıldı – FOTO

İslam partiyasının sədri Mövsüm Səmədov azadlığa buraxılıb.

Belə ki, partiya sədrinin 12 illik həbs cəzası bitib və o, azadlığa çıxıb.
Xatırladaq ki, M. Səmədov barəsində 2011-ci ildə 12 il müddətinə həbs cəzası verilmişdi.
Həmçinin partiya sədrinin müavini Vaqif Abdullayev 11 il, partiyanın Astara təşkilatının sədri Rufulla Axundzadə 11 il 6 ay, Mövsüm Səmədovun qaynı Firdovsi Məmmədrzayev 10 il, əmisi oğlu Dəyanət Səmədov 10 il, Masallı ruhanisi Fəramiz Abbasov 11 il, Lənkəran ruhanisi Zülfüqar Mikayılzadə 5 ili sınaq müddəti olmaqla 11 il şərti həbs cəzasına məhlum edilmişdi.

Qeyd edək ki, ittiham olunan şəxslər barəsində Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən terrora hazırlıq) və 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri üzrə ittiham elan olunmuşdu.

BakuPost

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …