Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Metroda sərnişinlər retro vaqonlarla danışacaq – FOTOLAR

Metroda sərnişinlər retro vaqonlarla danışacaq – FOTOLAR

“Bakı Metropoliteni” QSC 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə qurumun 50 illik yubiley tədbirlərində olduğu kimi, retro vaqonları xəttə buraxılacaq.
Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Azvision.az-a bildirib ki, yeni il rəmzləri ilə bəzədilmiş “A” və “Q” tipli 2 retro vaqonların qoşulduğu iki qatar dekabr ayının 29-dan 2019-cu il yanvar ayının 2-dək günün müəyyən saatlarında xüsusi qrafiklə xəttə buraxılacaq. Onun sözlərinə görə, sərnişinlərin orta və yaşlı nəslinin nümayəndələri hər dəfə bu vaqonları xətdə görəndə nostalji hisslər keçirirlər.

Bəxtiyar Məmmədov qeyd edib ki, zövqlə bəzədilərək bayram ovqatına köklənmiş retro vaqonlara uşaqlar da biganə qalmayırlar. Belə ki, Yeni il bayramının əsas qəhrəmanları Şaxta baba və Qar qız yenə də kiçik yaşlı sərnişinlərin görüşünə gələcək. Üç gün – dekabr ayının 29-dan 31-nə qədər metronun retro vaqonların qoşulduğu qatarlarında Yeni ilin əsas personajları azyaşlı sərnişinlərə hədiyyələr paylayacaqlar.

“Yola salmağa hazırlaşdığımız 2018-ci ilin son günlərində metronun stansiyalarında bayram əhval-ruhiyyəsi hiss olunur. “İçərişəhər”, “28 May”, “Nizami”, “Elmlər Akademiyası”, “Koroğlu”, “Avtovağzal”, “Bakmil” və “Memar Əcəmi” (Bənövşəyi xətt) stansiyalarının vestibüllərində bəzədilmiş şam ağacları quraşdırılıb. Bununla yanaşı, stansiyaların monitorlarında hər iki bayramla bağlı təbriklər yerləşdirilib.

Son illərdə formalaşmış ənənəyə uyğun olaraq, bu il də metropolitenin şəhərin mərkəzində yerləşən və sərnişin axınının sıx olduğu stansiyalarında konsert proqramı təşkil ediləcək. Dekabrın 30-dan yanvarın 2-dək milli muğam üçlüyü və instrumental kvartetin ifa etdiyi canlı musiqi “İçərişəhər”, “Sahil”, “28 May”, ”Elmlər Akademiyası” stansiyalarının sərnişinlərində əsl bayram ovqatı yaradacaq”.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …