Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Mehriban Əliyeva tapşırıq verdi

Mehriban Əliyeva tapşırıq verdi

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva leykozdan əziyyət çəkən 10 yaşlı Eldar Əhmədzadənin müalicəsini nəzarətə götürüb.

Hazırda İstanbul şəhərində müalicə alan Eldarın ilik köçürülməsinə ehtiyacı var.

Donoru isə doğma qardaşı olacaq. Əməliyyatdan əvvəl onun kimyaterapiya proseduru keçməsi zəruridir. Hazırda iki kurs kimyaterapiya alan Eldar Əhmədzadənin daha iki və ya üç belə tibbi prosedur keçməsi vacibdir.

Eldarın müalicəsini nəzarət altına götürən Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu əlavə kimyaterapiya kursları və ilik transplantasiyası üzrə əməliyyata dəstək məsələlərini öz üzərinə götürüb.

Mehriban Əliyeva 10 yaşlı Eldarın müalicəsi ilə bağlı tapşırıq verdi

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …