Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / MAHALIM DƏRƏLƏYƏZ – VƏLİ QOVUŞUQLUNUN ŞEİRİ

MAHALIM DƏRƏLƏYƏZ – VƏLİ QOVUŞUQLUNUN ŞEİRİ

Qeyrətli oğullar, ismətli qızlar
Yetişib qoynunda, ay Dərələyəz
Yamyaşıl yamacda xınalı kəklik
Səyriyib qaqıldar, hey  Dərələyəz

                       *****
İnsanları təmiz, Arpacay sərin
Şaqqıldayıb axır, hey Dərələyəz
O “Qilbə” bulağı yada düşəndə
Hərlənir başıma dağ, Dərələyəz

                       *****
Dərən də gözəldir, təpən də gözəl
Şır-şır bulaqlısan, ay Dərələyəz
Lacın qayalardakı qartal səsini
Eşidə bilmirəm, mən  Dərələyəz

                       *****
Meşən də gözəldir, dağın da gözəl
Yığılar üstünə, el Dərələyəz
Qırxbulaq yaylağı, Çınqıllı yurdu
Oludur çoxuna, pay Dərələyəz

                       *****
Səlimölən, Bətdərə, bir də Soğanlı
Məşhurdu hər yerdə, ay Dərələyəz
Qoynunda yerləşib  yaxşı-yaman da
Hamıya demisən, can Dərələyəz

                      *****
Laləli, nərgizli, güllü çiçəkli
Deyilir hər yerdə, ay Dərələyəz
Düzülüb yan-yana sərin bulaqlar
İçən cana gəlir, ay Dərələyəz

                      *****
Vəli də hüsnünə şeirlər yazdı
Yaxşıdan- yamandan, ay Dərələyəz
Hüsünkar sinəndə yuxuya dallam
Körpə balan kimi, mən Dərələyəz.

Vəli QOVUŞUQLU
(Əliyev Vəli Sarı oğlu. Tel: 051-798-90-28)

 

 

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın