Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Məşhur restoranda ölən şəxs Nazirlər Kabinetinin şöbə müdiri imiş

Məşhur restoranda ölən şəxs Nazirlər Kabinetinin şöbə müdiri imiş

Nazirlər Kabinetinin sabiq şöbə müdiri vəfat edib.

Belə ki, vaxtilə Nazirlər Kabinetinin Kənd təsərrüfatı şöbəsinin müdiri olmuş Rüfət İzzət oğlu Əsədov qəfil ölüb.

O, bir neçə gün əvvəl paytaxtın Səbail rayonunda yerləşən “Mangal Steak House” restoranında qonaq olarkən dünyasını dəyişib. Mərhumun ürəktutmasından öldüyü ehtimal edilir.

1940-cı il təvəllüdlü R.Əsədov həmçinin Azərbaycan SSR Ali Sovetinin deputatlarından olub.

Həmçinin oxuyun

Hesablardan 30 min oğurladı – Onlayn oyunlarda ehtiyatlı olun!

Sosial şəbəkələrdə feyk hesablar açaraq onlayn oyunlara qoşulan istifadəçilərin kart hesablarının talanması barədə polisə çoxsaylı …