Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Məhkəmə Hüquq Şurası 130-dan çox hakimin fəaliyyətini qiymətləndirdi

Məhkəmə Hüquq Şurası 130-dan çox hakimin fəaliyyətini qiymətləndirdi

“Ötən il Məhkəmə Hüquq Şurası tərəfindən səlahiyyət müddəti başa çatmış 130-dan çox hakimin fəaliyyəti qiymətləndirilib. Ciddi qanun pozuntusuna yol vermiş 20 hakimin, o cümlədən 7 məhkəmə sədrinin hakimlik səlahiyyətinə xitam verilib”.
APA-nın məlumatına görə, bunu Nizami rayon Məhkəməsinin sədri Ələddin Cəfərov Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin bu gün keçirilən iclasında çıxışı zamanı deyib. O bildirib ki, 2017-ci ildə 6 məhkəmə sədri, apellyasiya məhkəmələrinin 8 hakimi aşağı vəzifələrə keçirilib.
 “2017-ci ildə məhkəmələrə müraciətlərin sayı ötən ilə nisbətən azalıb. Birinci instansiya məhkəmələrinin mülki işlər üzrə qərarlarının 97,6 faizi, hökmlərin isə 88,3 faizi yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməyərək sabit qalıb”, – deyə Ə.Cəfərov vurğulayıb.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …