Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Laçının azad olması şərəfinə birlikdə musiqili layihə hazırladılar – VİDEO

Laçının azad olması şərəfinə birlikdə musiqili layihə hazırladılar – VİDEO

Amerikada yaşayan azərbaycanlı musiqiçi İmamyar Həsənov sosial şəbəkə istifadəçilərini İsrailin Anna RF musiqi qrupu ilə birlikdə ifa etdiyi “Laçın” mahnısı ilə şövqə gətirib.

Həsənov bu mahnını kamançada dəfələrlə solo ifa edib, ancaq bu dəfə əcnəbi həmkarlarını da cəlb edib. Mahnı onların çox xoşuna gəldiyindən ifa zamanı heç bir problem yaranmayıb. Musiqiçi deyib ki, bu layihəni Laçın rayonunun çoxillik işğaldan azad olunmasına həsr edib. 

İmamyar Həsənov Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. 2000-ci ildə ABŞ-a köçüb. Hazırda San-Fransiskoda yaşayır. 

2012-ci ildən San-Fransiskoda Beynəlxalq musiqi festivalının musiqi direktorudur. Həsənov həmçinin oradakı beş orta məktəbdə Azərbaycan muqisini tədris edir. O, Türkiyə, Yunanıstan, İran və İsraildə çıxış edib.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …