Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / “Kimlərsə parkı öz şəxsi mallarına, mülklərinə çeviriblər” – Deputatdan icra başçısına mesaj

“Kimlərsə parkı öz şəxsi mallarına, mülklərinə çeviriblər” – Deputatdan icra başçısına mesaj

“Yasamal parkı bir il öncə istifadəyə verilib və o, ölkə Prezidenti İlham Əliyevin yasamallılara, Bakı sakinlərinə hədiyyəsidir. Hədiyyəyə xəyanət etmək olmaz. Amma təəssüflər olsun ki, həmin hədiyyəyə öz şəxsi maraqlarını düşünənlər tərəfindən xəyanət var”.

Azinforum.az Gununsesi.info-ya istinadən xəbər verir ki, bunu  Milli Məclisin (MM) Regional məsələlər komitəsinin parlamentin qarşıdan gələn 2016-cı il payız sessiyası ilə bağlı sentyabrın 9-da keçirilən ilk iclasında sözügedən komitənin üzvü, professor Fəzail İbrahimli dilə gətirib.

“Bir il öncə Yasamalda gözəl bir park salındı. Ancaq heç üstündən bir il keçməmiş park tanınmaz hala gətirildi. Yasamal parkı belə demək mümkünsə, bu gün işğal olunub, biznes-kluba çevrilib. Bu, xəyanətdir. Bunu da bütün məsuliyyətimlə deyirəm”-deyən millət vəkilinin sözlərinə görə, parkda insanların dincəlməsinə imkan verilmir, gəliş-gedişə, hərəkətə maneçilklər törədilir. O, qeyd edib ki, parkın qarşısında yüzlərlə velosiped qoyulub ki, 5 dəqiqəsi 2 manatadır.

“Kimlərsə parkı öz şəxsi mallarına, mülklərinə çeviriblər, yaxşıca pul qazanırlar. Anacaq ora velosiped sürmək yeri, məkanı deyil. Velosipedi də elə sürürlər ki, az qala adamların üstünə çıxalar. Bu, yolverilməzdir. Həm də bildiyiniz kimi, illərdir Bakıda it saxlayan ailələr, vətəndaşlar var. İndi həmin park sanki itlərin “görüş klubu”na çevrilib, bütün itlər orada görüşürlər, insanlar da qorxularından bilmirlər nə etsinlər.

Axı, siz kimsiniz ki, parkı işğal edirsiniz, biznes-likuba çevirirsiniz? Bu haqqı kim sizə verib? Maddi maraqlarınız naminə niyə insanların əsəbləri ilə oynayır, xəyanət edirsiniz bu dövlətə? Hesab edirəm ki, artıq buna bir dur deyən lazımdır, bu özbaşınalıq aradan qaldırılmalıdır”-deyə, F. İbrahimli daha sonra sözlərinə əlavə edib.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın