Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Keçmiş maliyyə naziri Nazirlər Kabineti yanında Operativ Qərargaha səsləndi…

Keçmiş maliyyə naziri Nazirlər Kabineti yanında Operativ Qərargaha səsləndi…

Tanınmış iqtisadçı professor, keçmiş maliyyə naziri Fikrət Yusifov Moderator.az-a açıqlamasında Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargaha səslənib:
“Koronavirusla bağlı hökumətin gördüyü tədbirlər, atdığı bütün addımlar tədqirəlayiqdir. Hesab edirəm ki, virusun geniş yayılmasının qarşısıın alınmasına istiqamətlənmiş bu qabaqlayıcı tədbirlər, digər ölkələrdə yaranmış acınacaqlı vəziyyətin Azərbaycanda təkrarlanmasının qarşısını ala biləcək. Lakin Hökumətin diqqətinə bir məsələni çatdırmağı özümə borc bilirəm. Son qərarla bir çox təşkilatların əməkdaşları əmək haqları saxlanılmaqla bir ay müddətində məzuniyyətə göndərilsələr də bəzi təşkilatlar yenə fəaliyyətini əvvəlki qaydada davam etdirirlər. Bir ailədə uşaqlar bağçaya, məktəbə getməsələr də ailə üzvlərinin bəziləri hökumətin son qərarı ilə məzuniyyətə çıxarılmaqla karantinə alınsalar da ailənin digər üzvlərinin hər gün işə gedib gəlməsi nə deməkdir? Bu o deməkdir ki, evdə karantində oturan uşaqların və ailə üzvlərinin virusa yoluxma ehtimalı kifayət qədər yüksəlir və hökumətin qəbul etdiyi karantin tədbirlərinin əhəmiyyəti minimuma enir. Bu səbəbdən təklif edirəm ki, ölkədə qida və dərmanla bağlı (istehsal, təchizat və satış) müəssisələr istisna olunmaqla bir ay müddətinə bütün müəssisələrin fəaliyyəti dayandırılsın. Fəaliyyəti tam dayandırıla bilməyən digər müəssisələrdə isə çox az sayda işçilər əmək haqlarına əlavələr verilməklə və gigieniya tədbirlərinin gücləndirilməsi şərtilə işə çıxa bilərlər”.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …