Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Kərəm Həsənovdan qudasına milyonluq jest…

Kərəm Həsənovdan qudasına milyonluq jest…

Daşınmaz Əmlak üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovla bağlı saytımıza ilginc məlumat daxil olub.

Məlumatda komitə sədri qudasına, daha doğrusu, qudasının qardaşına Bakının Xocasən qəsəbəsində dəyəri bir neçə milyon manat olan torpaq sahəsini ayırıb.

Cumhuriyyet.az-ın məlumatına görə, K.Həsənovun qudasının qardaşı Mübariz Bayramova pay etdiyi torpaq sahəsi Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində yerləşir:

“K.Həsənov qudasının qardaşı M.Bayramova Xocasən qəsəbəsi ərazisində 1.1133 hektarlıq torpaq sahəsi bağışlayıb ki, bu torpaq sahəsinin milyonlarla manat məbləğində qiyməti var. Dövlət əmlakını öz dədə malı kimi pay-püş edn komitə sədrinin yaxın qohumuna təqdim etdiyi çıxarışa torpaq sahəsinin təyinatı ilə bağlı yazdığı qeyd isə sözün həqiqi mənasında heyrətvericidir.

Belə ki, komitə sədri milyonluq torpaq sahəsinin təyinatı ilə bağlı qeyd hissəsində göstərir ki, bu torpaqdan “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kimi istifadə etmək olar və bu tamamilə qanunidir. Başqa sözlə desək, K.Həsənovun verdiyi çıxarışdan belə məlum olur ki, qudasının qardaşına verilən bu torpaq sahəsindən istənilən cür, istənilən məqsədlə istifadə etmək mümkündür”.

Məlumata görə, sənəddə torpağın təyinatı ilə bağlı “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” ifadəsinin yer alması çıxarışın hazırlanmasında bilavasitə iştirak edən xidməti personalda da istehza qarışıq təbəssümlə qarşılanıb….

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın