Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / KƏRƏM HƏSƏNOVDAN JURNALİSTLƏRƏ ÖNƏMLİ JEST

KƏRƏM HƏSƏNOVDAN JURNALİSTLƏRƏ ÖNƏMLİ JEST

Əmlak Məsələləri Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən Azinforum.az-a verilən məlumata görə, qurum jurnalistlərlə bağlı önəmli addım atmağı planlaşdırır. Komitə rəhbərliyi adından Kütləvi İnformasiya Vasitələri nümayəndələrinə ünvanlanan müraciətdə bildirilir:

“Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı ilə jurnalistlərimiz üçün inşa edilmiş və istifadəyə verilmiş binada mənzil sahibi olan 100-dən çox jurnalistə Əmlak Məsələləri Dövlət Komitəsinin “Kütləvi çıxarış” kampaniyası çərçivəsində 24 dekabr 2015-ci il tarixində binanın həyətində kütləvi qaydada dövlət reyestrindən çıxarışlar təqdim ediləcəkdir.
Tədbir Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayevin, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun və Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərlinin iştirakı ilə keçiriləcəkdir.
Yaşayış binası dövlət başçısı tərəfindən imzalanmış Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında Sərəncama əsasən tikilərək istifadəyə verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi də ölkə rəhbərliyinin tapşırıqlarına əsasən jurnalistlərin mülkiyyət hüquqlarının səmərəli təmin olunması məqsədilə “Kütləvi çıxarış” kampaniyasını növbəti dəfə məhz jurnalistlər binasında təşkil etmişdir.
Tədbirdə iştirak etmək istəyən Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin 24 dekabr 2015-ci il tarixində saat 11:30-da Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu, bina 22 (“Jurnalistlər binası”) ünvanında olmaları xahiş olunur.
Əlaqə telefonu: (012) 490 24 08 (daxili 111 və 157), (050) 235 30 33″

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …

Bir cavab yazın