Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Kəmaləddin Heydərov İsaxan Aşurovun oğluna vəzifə verdi

Kəmaləddin Heydərov İsaxan Aşurovun oğluna vəzifə verdi

Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov mərhum hüquqşunas, sabiq polis rəisi İsaxan Aşurovun oğluna vəzifə verib.

Nazirin müavafiq əmri ilə mayor Kənan İsaxan oğlu Aşurov Bakı Regional Mərkəzi rəisinin birinci müavini təyin olunub.

Qeyd edək ki, bundan əvvəl Bakı Regional Mərkəzi rəisinin birinci müavini general-mayor Raul Zeynalov olub. O, Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini təyin edilib.

Xatıradaq ki, Kənan Aşurov 04.06.1982-ci ildə Tovuz rayonunda anadan olub. Ailəlidir, 2 övladı var. Atası, mərhum İsaxan Aşurov 1989-1991-ci illərdə Tovuz Rayon Polis Şöbəsində istintaq bölməsinin rəisi, 1991-1992-ci illərdə Göyçay rayon Polis Şöbəsində baş müstəntiq, 1992-1993-cü illərdə Qazax Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb. 1996-cı ildən vəkil kimi fəaliyyət göstərib və 2012-ci ilin 22 iyununda xərçəng xəstəliyindən müalicə olunduğu ABŞ-da vəfat edib. Qaynarinfo

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …