Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / İqtisadçı ekspertdən Sahib Məmmədovun ittihamına CAVAB

İqtisadçı ekspertdən Sahib Məmmədovun ittihamına CAVAB

“Bütün bunlar uşaq pulunun verilməsi ilə bağlı fikirləri yayındırmaq məqsədi daşıyır”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov hüquq müdafiəçisi Sahib Məmmədovun uşaq pulunun verilməsi ilə bağlı ciddi təkliflərin verilməməsi ittihamına cavabında deyib. Onun sözlərinə görə, Azərbaycanda uşaq pulunun verilməsi ilə bağlı kifayət qədər təkliflər səsləndirilib:
“Biz dəfələrlə 18 yaşınadək uşaqlara nə qədər uşaq pulunun verilməsini, hətta nə qədər vəsait verilməsi və onun haradan əldə olunmasına kimi demişik. İkincisi, bu, hökumətin, Nazirlər Kabinetinin, Maliyyə Nazirliyinin, Sosial Müdafiə Nazirliyinin işidir. 1993-cü ildə mərhum prezident Əbülfəz Elçibəy uşaq pulunun verilməsi ilə bağlı sərəncam imzaladı. Məgər o vaxt hansısa təkliflər verilmişdi? Bu kökündən yalnışdır və bir bəhanədir. Təkliflər var, oxusunlar”.
Vahid Məhərrəmov bildirib ki, bu ilin ikinci yarısından qonşu Gürcüstanda uşaq pulunun verilməsi artırılıb:
“Orada təkliflər verilir? Bunlar boş söhbətlərdir. Onların bir məqsədi var – uşaq pulu verməmək. Əgər uşaq pulu vermək istənilsə, bu təşəbbüsdə olanların hər birini görüşə dəvət edərlər, deyərlər ki, konkret təkliflərinizi verin, baxaq və müzakirə edək. Onu da əsaslandırmışıq ki, uşaqlara ayrılacaq həmin maliyyə resursları Azərbaycanın real sektorunun inkişaf etməsinə imkan verəcək. Maliyyə resursu dövriyyəyə gedəcək, nəticədə alıcılıq qabiliyyəti artırılacaq”.  Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov uşaq pulunun verilməsi üçün mətbuatda və sosial şəbəkədə hay-küy salanları ittiham edib. O, “Amma “uşaqpulu” deyib hay-küy salanların heç birindən ciddi təklif görməmişəm. Məncə, hökumətə ciddi təkliflər vermək lazımdır”, – deyə bildirib.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …