Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / İLKİN NƏTİCƏLƏR – ADİL ƏLİYEV, İSMAYIL AĞAYEV VƏ AZƏR KƏRİMLİ UDUZUR (FOTO)

İLKİN NƏTİCƏLƏR – ADİL ƏLİYEV, İSMAYIL AĞAYEV VƏ AZƏR KƏRİMLİ UDUZUR (FOTO)

Azinforum.az xəbərlər.az saytında təşkil olunan virtual səsvermədə bəzi gərgin dairələrlə bağlı ilkin nəticələri monitorinq edib. Məlum olub ki, 20 saylı Nərimanov ikinci seçki dairəsindən İsmayılov Aslan Zirəddin oğlu adlı namizəd həmin dairənin favoriti sayılan Adil Əliyevi böyük səs üstünlüyü ilə arxada qoyub. 

60 saylı Salyan-Neftçala seçki dairəsində isə millət vəkili Fəzail Ağamalı  öz oponenti İsmayıl Ağayevi cuzi səs vəqi ilə üstələyir. Qeyd edək ki, gün ərzində həmin dairə üzrə İsmayıl Ağayevin reytinqi üstün olsa da, son anda F. Ağamalı önə keçməyi bacarıb.

112 saylı Qax seçki dairəsində isə, hüquq müdafiəçisi Əhməd Şahidov öndədir. O, həmin dairə üzrə  alternativləri- Paşa Məmmədov və hazırkı millət vəkili Azər Kərimlini böyük fərqlə arxada qoyub. Qeyd edək ki, hazırda həmin dairədən millət vəkili mandatını daşıyan Azər Kərimliyə cəmi 11 səs veriblər.

Monitorinqimiz davam edir.

 

 

 

Çinarə SEYİDOVA

AZİNFORUM.AZ

s1

s2

s3

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın