Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəmiyyət / “İkimizin də dədəmiz eyni ağıldadı…” – Kəramət Böyükçöl

“İkimizin də dədəmiz eyni ağıldadı…” – Kəramət Böyükçöl

“Atam hirslənib status yazmışdı ki, oğlum Kəramətdən imtina edirəm, onu tabutuma yaxın buraxmayın. Həmin günün axşamı da zəng eləmişdi ki, bala, hardasan, yemək-zad yemisən? Ac qalma-filan”. 

“Yeni Sabah” xəbər verir ki, bunu gənc yazar Kəramət Böyükçöl keçmiş deputat Eldar Sabiroğlunun oğlu Rüfət Səfərovdan imtina etməsi ilə bağlı xəbərə reaksiya verərkən deyib.

K. Böyükçöl deyib ki, həmin vaxt camaat da onu söyürdülər ki, gör atanı nə günə qoymusan, gah atasını söyürdülər ki, oğlundan imtina edən ataya ayıb olsun: “Atam mənə goruma gəlmə-zad sözün o qədər deyib. İndi sadəcə, yazıb deyə cammat haya-küyə basır. Ay adamlar, sizin işiniz-gücünüz yoxdur, xəstəsiniz? Ata oğuldan necə imtina edə bilər? Atada elə hünər olmur. Hirslənib deyir də… 

İndi də Rüfət Səfərov. Sözdü də, Eldar müəllim yazıb, sabah bir də gördünüz ki, qucaqlaşıb şəkil paylaşdılar, başın buraxın getsin”.

Daha sonra o Rüfət Səfərovla şəklini paylaşaraq yazıb: “O gün Rüfət Səfərovla oturmuşuq, deyirəm, ikimizin də dədəmiz eyni ağıldadı… Neyləyək, atadı da, imtina eləmək də olmur, baş qoşmayaq”.

Həmçinin oxuyun

Hacı Şahin Həsənlinin xatirəsinə həsr olunmuş film çəkilib -VİDEO

Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin həyat və fəaliyyətindən bəhs edən sənədli film çəkilib. Filmin müəllifi …