Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / İki rayondan arzuolunmaz xəbər var

İki rayondan arzuolunmaz xəbər var

Ağsu rayonunun İlxıçı kəndində ümumi sahəsi 154 m² olan talvarın altına yığılan 60 ton ot bağlamasının 15 tonu yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Talvar və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daha bir rayondan yanğın xəbəri gəlib. Belə ki, Şəmkir rayonunda ümumi sahəsi 330 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …