Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / İctimai-siyasi xadimlər koronavirusa qarşı peyvənd olundu – VİDEO

İctimai-siyasi xadimlər koronavirusa qarşı peyvənd olundu – VİDEO

Bu gün 2 nömrəli Şəhər Kliniki Xəstəxanasında siyasi partiyaların rəhbərləri, millət vəkilləri, ictimai-siyasi xadimlər, politoloqlar, eləcə də media qurumları rəhbərlərinin koronavirusa qarşı vaksinasiyası həyata keçirilib.

Reanimotoloqlar ilk olaraq peyvəndin tətbiqindən öncə vaksinasiyada iştirak edəcək şəxslərin səhhətində hər hansı problemin olub-olmaması ilə maraqlanıblar. Bundan sonra növbəli şəkildə vaksinlər tətbiq olunmağa başlanıb. Peyvəndləmədən sonra siyasi xadimlər səhhətlərində hər hansı yan təsirlərin olmadığını bildiriblər.

Vaksinasiya prosesində iştirak edənlər arasında YAP Siyasi Şurasının icra katibliyinin şöbə müdiri, deputat Aydın Hüseynov, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, beynəlxalq münasibətlərin araşdırılması mərkəzinin rəhbəri Rufiz Qonağov, “Cümhuriyyət” qəzetinin baş redaktoru Rafael Becanov da olub. Onlar Azərbaycan vətəndaşlarını tez bir zamanda vaksin olunmağa dəvət ediblər və peyvəndləmənin koronavirusla mübarizədə yeganə çıxış yolu olduğunu vurğulayıblar.

Nəzərə çatdıraq ki, “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən, vaksinlər ilk olaraq həkimlər, 65 yaşdan yuxarı şəxslər, yüksək riskli əhali qruplarına tətbiq olunub. Hazırda ölkəmizdə 50 yaşdan yuxarı şəxslərin peyvəndlənməsi davam etdirilir.

Vaksinasiya prosesindən hazırladığımız videoreportajı təqdim edirik:

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …