Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / İcra hakimiyyəti və bələdiyyə sədri məndən rüşvət istəyir” – Qarabağ döyüşçüsündən şikayət

İcra hakimiyyəti və bələdiyyə sədri məndən rüşvət istəyir” – Qarabağ döyüşçüsündən şikayət

Bakı şəhəri Yasamal rayonu Şeyx Məhəmməd Xiyabani küçəsi ev 95-də kirayədə yaşayan Əliyev Səfər Nəsib oğlu tərəfindən Mia.az-a şikayət məktubu daxil olub.

Şikayətçi yazır ki, Binəqədi rayon İcra hakimiyyətinin Mirpaşa adlı  işçisi və Xocasən bələdiyyəsinin sədri Anar Abbasov qanunu qaydada aldığı torpaq üzərində ev tikmək üçün ondan 4000 manat rüşvət istəyir:

“İmkanımız olmadığı üçün onun istədiyi pulu verə bilmədik, buna görə də ev  tikməyimizə qanunsuz olaraq icazə vermir və utanmadan polisə bu barədə şikayət edib. Ancaq Binəqədi rayonu Höküməli qəsəbəsində yerləşən  həmin 3 sot torpağı sahibindən qanunu qaydada pulumuzu verib almışıq və buna dair sənədlərimiz də var. Həmin sənədlər həyat yoldaşımın adınadır.

Qeyd edim ki, həmin ərazidə  torpaqları vətəndaşlar bu qaydada  satın alıb üzərində ev tikdiriblər. Əgər mənim sənədlərimin həmin sənədlərdən bir fərqi varsa, buyurub yoxlayıb, ondan sonra qadağa qoysunlar.

Bunun bir səbəbi və fərqi var ki, ev tikənlər Binəqədi Rayon İcra Hakimiyyətinə və Xocasən bələdiyyəsinin  sədri Anar Abbasova  istədiyi pulu veriblər. Mənim isə heç bir imkanım yoxdur deyə, qanunsuzluqla üzləşmişəm.

Evin tikintisini isə qohum-əqraba kömək edir”.

Şikayətçi yazır ki, uzun illərdi ailəsiylə – iki azyaşlı uşaqla kirayədə yaşayır:

“Özüm Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirakçısıyam.Həyat yoldaşım xəstədir, kirayədə yaşamaqdan zülm çəkirik. Bu korrupsiya cinayəti barədə başda Prezident cənab İlham Əliyev olmaqla, cənab Fuad Ələsgərova, Baş Prokuror cənab Zakir Qaralova, Korrupsiyaya Qrşı Mübarizə Baş İdarəsinin rəisi cənab Kamran Əliyevə, Bələdiyyələrlə İş Mərkəzinin rəisi cənab Mehdi Səlimzadəyə şikayət ərizəsi ilə müraciət etmişəm.Mətbuat vasitəsi ilə də Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə müraciət edib, xahiş edirəm bu korrupsiya faktını yerində yoxlanılıb qanunu tədbir görülməsinə göstəriş verəsiniz.Yoxlanılsın ki, həmin ərazidə tikilən evlərin mənim sənədlərimdən fərqi var, ya yoxdur. Belə olanda Binəqədi Rayon İcra Hkimiyyətinin və Xocasən bələdiyyəsinin yaratdıqları korrupsiya şəbəkəsinin cinayət əməlləri üzə çıxacaq. Xahiş edirəm köməklik edin”.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …

Bir cavab yazın