Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəmiyyət / İcra başçısının tülkü xəzindən dəbdəbəli qış geyimləri (FOTOLAR)

İcra başçısının tülkü xəzindən dəbdəbəli qış geyimləri (FOTOLAR)

Son vaxtlar müxtəlif tədbirlərdə görünən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun geyindiyi brend markalı və bahalı qış geyimləri hər kəsin diqqətini çəkməkdədir.

Qaynarinfo bahalı mülkləri deyil, bu dəfə zövqlü və kifayət qədər bahalı geyimləri ilə diqqət çəkən icra başçısı Əziz Əzizov haqqında araşdırma aparıb. 

Məlum olub ki, icra başçısı şinşilla və kaşmirin dəbdəbəli qarışığından hazırlanmış qış geyimlərinə daha çox üstünlük verir. Həmçinin onun zərif mink xəz yaxası və kaşmir astarla bəzədilmiş bu paltolarının kifayət qədər qiyməti var. 
Əziz Əzizovun tülkü xəz yaxalığı olan bu paltosu dövrün ən dəbdəbəli üst geyimi sayılır. 

İtaliyanın məşhur dizaynerinin adı ilə bağlı olan “STEFANO RICCI” mağazalarında icra başçısının geyindiyi və eyni dizayında hazırlanmış paltolarının qiyməti 4800 avrodan başlayır, 8500-14000 avroyadək dəyişir. 
Həmçinin Əziz Əzizovun geyindiyi pencək və gödəkçələr, kostyumlar “Umberto Bilancioni”, “Hettabretz”, “Castello D`Oro”, “Rossini” kimi İtalyan brendləri ilə eynilik təşkil edir. Bu brendlərdə də sözügedən məhsulların qiyməti 1500 avrodan başlayır, 9000-15000 avroyadək dəyişir. 
İcra başçsının tülkü xəzindən olduğu ehtimal edilən və Azərbaycanda məşhur “norka papaq” kimi tanınan qış kepkasının qiyməti Rusiya bazarında ən ucuzu 25 min rubula, ən bahalısı isə 300-400 min rubula qədər dəyərləndirilir.

Həmçinin oxuyun

Paytaxtda 600 manata səməni satılır? – VİDEO

Novruz bayramına artıq sayılı günlər qalıb. Bu bayramın əsas simvollarından biri olan səməni demək olar …