Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / İcra başçısı COVID-19-a yoluxması barədə xəbərlərə aydınlıq gətirdi

İcra başçısı COVID-19-a yoluxması barədə xəbərlərə aydınlıq gətirdi

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bir sıra xəbər portallarında və sosial şəbəkələrdə COVID-19 virusuna yoluxması barədə yayılan xəbərləri təkzib edib.

Bu barədə icra başçısının özü “Report”un Qarabağ mərkəzinə bildirib.

M.Məmmədov qeyd edib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. “Səhhətimlə və sağlamlığımla bağlı heç problemim yoxdur. Hazırda dövlətimə xidmət edir, cənab Prezident İlham Əliyevin mənə verdiyi tapşırıqlara əsasən xalqa xidmət edirəm”.

Qeyd edək ki, Tərtər rayonundan olan deputat Sahib Alıyev koronavirusa yoluxub.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …