Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / İbrahim Məmmədov: “Bu gün sabitləşmə müşahidə olunur”

İbrahim Məmmədov: “Bu gün sabitləşmə müşahidə olunur”

Aprelin 12-ə qədər neqativ tendensiya müşahidə olunurdu. Aprelin 12-də ilk dəfə sağlama sayı bir gün ərzində yoluxma sayını üstələyib. Biz fasiləsiz neqativ tendensiya dövrünü bəlkə də başa vurduq. Bəlkə də bunu demək tezdir.

Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, bundan sonra pozitiv və neqativ hallar bir-birini əvəzlədi.

“Demək olar ki, bu günə sabitləşmə müşahidə olunur. İkinci dövrə bəlkə də yekun vura bilərik. Bu aprelin 1-dən tətbiq olunan xüsusi karantin rejiminin birinci tsikli, yəni 14 günü başa çatmış sayılır. Yəni 14-cü gün pozitiv nəticə göstərdi. Neqativ prosesin pozitiv fasiləsizliyi pozulmuş oldu. Ötən həftə aktiv müalicvədə olan xəstələrin sayı demək olar ki, sabit olub. Gündəlik 822-847 arasında müalicə alan xəstə sayı var idi. Bu da vəziyyətin sabitləşdiyini göstərir. Bununla belə vəziyyət enib-qalxır. Biz hələ də tam deyə bilmərik ki, pozitiv tendensiyanı artıq tuta bilmişik və bu istiqmaətdə hərəkət edə bilərik”.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …