Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Hacı Nuran hamını aldatdığı deyilən fotodan danışdı

Hacı Nuran hamını aldatdığı deyilən fotodan danışdı

Teleaparıcı Hacı Nuranın uşaqla olan fotosu sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Hər kəs onun qucağında olan körpənin Azərbaycanın on milyonuncu sakini olduğunu yazsa da, bu xəbərin yalan olduğu üzə çıxıb.
Hacı Nuran Oxu.Az-a açıqlamasında məsələyə aydınlıq gətirib.
“Həmin gecə bu xəbəri oxudum. Uşaqla olan bir şəklim var idi, onu öz “İnstagram” səhifəmdə paylaşmaq qərarına gəldim. Səhər gördüm ki, bütün səhifələr mənim uşaqla olan şəklimi paylaşıb.
Heç kəs də zəng vurub məndən “bu həmin uşaqdırmı” soruşmayıb. Doğulan on milyonuncu vətəndaş qızdır, mənim qucağımda olan uşaq isə oğlandır. Hər kəsdən xahiş edirəm, dəqiqləşdirilməmiş məlumatı yaymayın”, – deyə Hacı Nuran bildirib.
Xatırladaq ki, Azərbaycanın on milyonuncu sakini 2019-cu il aprelin 6-da saat 03:30-da Bakı şəhərində doğulub.
Daha sonra Hacı Nuran öz sosial şəbəkə hesabında bir uşaqla fotosunu paylaşıb. KİV onun qucağındakı uşağı Azərbaycanın on milyonuncu vətəndaşı adı ilə tirajlayıb.
Daha sonra məlum olub ki, şəkildəki uşaq sözügedən uşaq deyil. Hamı Hacı Nuranı insanları aldatmaqda ittiham edib.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …